Hadisə
Bakıda anadan İNANILMAZ ADDIM: ərini atıb başqa kişi ilə qaçdı, 3 övladını isə... - YENİLƏNDİ
"İyulun 1-də nənələri tərəfindən yol kənarına atılan 3 azyaşlı uşağını atıb gedən valideynlərin axtarışı gücləndirilib. Uşaqların anası Xəyalə Kərimovanı tanıyanlar əlaqə nömrələrimizə zəng edib məlumat verirlər".
Bu barədə Publika.az-a Azərbaycan Uşaq Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat verib.
O axtarışların qısa zamanda əticə verəcəyinə inandığını deyib: “Əminəm ki, uşaqların anası haqqında yazılan və deyilənlərin hamısını insanlar efirdə, mətbuatda izləyir. Paylaşdığımız məlumatdan sonra qaynar xəttimizə həmin qadını görən, tanıyanlardan zənglər çox olub. Hətta nömrəsini də əldə etmişik, lakin o zənglərə cavab vermir. Uşaqların atası isə uzun müddətdir aliment ödəmədiyindən onun da uşaqlarına sahib çıxmasını gözləmirik. Lakin onların hər ikisinin tapılması üçün axtarışları gücləndirmişik. Uşaqlarına sahib çıxmasalar da, inzibati cəzalarını almalıdırlar. Əslində hər ikisi valideynlik hüququndan məhrum edilməlidir”.
Uşaqların bundan sonrakı taleyinə gəldikdə, V.Akifli yaşlarını nəzərə alaraq onları bir-birindən ayırmamağa çalışdıqlarını deyib: “Nənələri də onları atıb gedib, onun da axtarışı davam etdirilir. Ağsu icra hakimiyyəti və polisdən verilən məlumata görə, ailənin yaxınları da onlardan imtina edib. Valideynləri tapılsa belə, onların uşaqlara sahib çıxacağını gözləmirik. Hazırkı durumda onların uşaq evinə yerləşdirilməsindən başqa variant yoxdur. Lakin onlar 3, 5 və 6 yaşlarındadır. Çalışırıq ki, eyni müəssisəyə yerləşdirilsinlər. Ən azından bir-birindən ayrılmasınlar. Hələ ki, bizim sığınacaqdadır, hüquqlarını müdafiə etməyimiz üçün sənədlər toplanılır”.
***
2017.07.03
17:15
İyulun 1-də nənələri tərəfindən yol kənarına atılan 3 azyaşlı uşağın anası axtarılır. Onun kimliyi də artıq müəyyən edilib.
Bu barədə Publika.az-a Azərbaycan Uşaq Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat verib.
Onun sözlərinə görə, uşaqların anası Xəyalə Kərimova başqa bir kişiyə qoşulub qaçıb. Qadın gedərkən qaçdığı kişinin fotosunu uşaqlarının məktəb çantasına qoyub.
Xahiş edirəm bu şəkillə məlumatı hər kəs paylaşsın!!! Bu qadın, Kərimova Xəyalə 01.07.2017-ci il tarixində Bakı şəhər, Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfinən Nəsimi rayonu ərazisində yol kənarında,atılmış olaraq aşkarlanıb. Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirilən bacı-qardaşların anası Xəyalə Kərimovanı axtarırıq. Onu görən, tanıyan, bilən varsa, qaynar xəttimizə - (012)5113409, (055) 4660806 məlumat versin.
Uşaqlar sığınacağa yerləşdirildikləri gün mən Ağsu rayon Polis Şöbəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora hadisə ilə bağlı məlumat vermişdim. Bu gün Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, X.Kərimova uşaqların atası ilə rəsmən boşanıb. Uşaqların atası 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017-ci ildən borclu kimi axtarışdadır”.
***
11:08
İyulun 1-də 3 uşaq nənələri tərəfindən yol kənarına atılıb. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli məlumat yayıb.
Onun sözlərinə görə, artıq 3, 5 və 6 yaşlı bu uşaqların hüquqi
və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb: “İnsan nə qədər
mənəviyyatını ehtirasına qurban verə bilər ki, 3 körpə uşağı ata və
kiməsə qoşula gedə??? Bu azmış kimi getdiyi "kişinin" şəklinidə
uşaqların əlindəki çantaya qoya. Təşəkkür ediləsi işmiş kimi...
3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz
şəkildə atılıb. Uşaqlar qida, tibbi müayinə, yaşayış yeri və
geyimlə təmin ediləcək. Uşaqların ana və atası haqqında axtarış
başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində
də hüquq mühafizə orqanlarına müraciət ediləcək”.
Azərbaycan Uşaqlar Birliyindən bildirdilər ki, artıq uşaqların ailəsinin axtarışı ilə bağlı işlər başlanılıb.
Gülxar
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























