Hadisə
Biləsuvarda yanğın - 3 nəfər tüstüdən zəhərləndi
Biləsuvar şəhərində yanğın hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə şəhərin M.Qasımov küçəsində 1961-ci il təvəllüdlü Məmmədov Mirzəxan Şulu oğluna məxsus birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb.
Nəticədə ümumi sahəsi 99 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 və həyətyanı sahədə 16 m2 məişət tullantıları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Onlar Təcili Tibbi Yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxasına çatdırlıblar.
Zəhərlənənlər şəhər sakinləri 1983-cü il təvəllüdlü Qədirova Məlahət Yusif qızı, 2000-ci il təvəllüdlü Süleymanova Gülbəniz İlham qızı və 1967-ci il təvəllüdlü İsmayılova Naibə Məmmədhəsən qızıdır.
Onlarına ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır. (report)
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz









.jpg)







.jpg)



















