Hadisə
Vidadi Zeynalov dövlətə vurduğu ziyanın hamısını ödədi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın hamısını ödəyib.
Publika.az xəbər verir ki, V. Zeynalov dövlətə vurulan ziyandan 2 milyon 25 min manat ödəyib. Bununla da o, ittihamda göstərilən 7 milyon 335 min manatın hamısını ödəyib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun
15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin
10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə
azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən
şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O.
Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq
azadlıqdan məhrum olunmalarını istəyib.
Xatırladaq ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla
Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı
Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin
direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli
Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru
Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan
əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların
təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların
hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin
həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq
B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov
tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə
vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin
qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam
icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin
edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin
faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya
həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən
görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin
tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş
ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon
379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə
ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar
müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. (apa)
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub