Hadisə
Müğənni İzzət Bağırov məhkəmədə ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən
sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Cahangirov,
müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə və Rəsul
Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə
müğənni İzzət Bağırov ifadə verərək, bildirib ki, zərərçəkmiş
Elməddin adlı şəxs onu təhqir edib və mübahisə bundan sonra
başlayıb: "Səhnədə olan vaxt operator məni çəkirdi. Elməddin də
operatorun üstünə qışqırdı ki, məni yox, onu çəksin və sonra
ünvanıma nalayiq sözlər işlətdi. Onu tərbiyəli davranmağa dəvət
etdim. Dedim ki, istəmirsə, mən oxumaya bilərəm. 7-8 ilin
sənətkarıyam, bu cür hərəkət yaraşmaz. Bundan sonra mikrofonu
söndürüb səhnədən getdim. Sonra baş verənlərdən xəbərim
olmayıb".
Proses fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin yayında paytaxt sakini Novruz Aslanlının
restoranda təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə müğənni
İ.Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın
operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub.
Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu
isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.
N.Aslanlı və qohumları ilə İ.Bağırovun sürücüsü, habelə restoranın
əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə
nəticələnib. Dava zamanı N.Aslanlının başına küt alətlə zərbə
endirilib.
Hadisəni törədən şəxslər saxlanılıb. (apa)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
