Hadisə
Psixotrop tərkibli dərman satılan aptek sahibi saxlanıldı
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı qanunsuz olaraq psixotrop tərkibli dərmanlar satılan aptek aşkar edilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Babazadə üzərində psixotrop tərkibli dərman preparatları saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.
Üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 4 ədəd güclü təsiredici xassəyə malik “Preqabalin” həbləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Ə.Babazadənin psixotrop tərkibli dərmanları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Buta Aptek”dən 16 manata aldığı müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin aptekin sahibi, Bakı şəhər sakini Orxan Rəsulov da saxlanılaraq istintaqa təqdim edilib. Ona məxsus aptekə baxış keçirilən zaman obyektdən satışı qadağan edilən psixotrop tərkibli 7640 ədəd “Tramadol”, 1 ədəd konvalyutada “Gabapentin” və 25 ədəd “Haloperidol-Richter“ həbləri aşkar olunaraq götürülüb.
Qeyd edək ki, əməliyyat zamanı həmin aptekdən qanunsuz olaraqpsixotrop tərkibli dərmanlar alan daha 6 nəfər də saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
