Hadisə
Bakıda ağlasığmaz BRİLYANT OĞURLUĞU - Evə sifariş verəndən sonra...
Bakıda bir ayın içində bir neçə zərgərlik mağazasından oğurluq hadisəsi olub.
Trend-in məlumatına görə, hadisə Mərkəzi Univermaq (MUM) və Moskva Univermağındakı zinət əşyaları mağazalarında qeydə alınıb.
Mağazalardan oğurluq edən şəxs isə 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimovdur.
Zərərçəkmiş şəxslər bildiriblər ki, M.Əbdürrəhimov zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmağı xahiş edir. Kuryer ünvana çatdıqda isə oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gəlir. Məhsulları ondan götürərək əvəzində maşının açarlarını verir, kuryerdən avtomobildə əyləşməyi xahiş edir və bildirir ki, zinət əşyalarını həyat yoldaşına göstərib qayıdır. Ancaq saatlar keçsə də, M.Əbdürrəhimov geri qayıtmır.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində şübhəli şəxsin axtarışları davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)















.jpg)
.jpg)
