Hadisə
Ofeliya Sənani infarkt keçirdi, vəziyyəti ağırdır - (YENİLƏNDİ)
İnfarkt keçirərək 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan xalq artisti Ofeliya Sənani başqa xəstəxaya yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, Ofeliya Sənani 1 saylı Kliniki Tibbi Mərkəzdən Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparılıb.
Qeyd edək ki, Ofeliya Sənaniyə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub. Xalq artistinin səhhəti ağırdır.
***
11:39
Xalq artistinin yaxınlarının Trend-ə dediyinə görə, ürək ağrıları ötən gecədən kəskinləşən diktor bu gün səhər saat 11 radələrində təcili yardımla xəstəxanaya çatdırılıb.
1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin koronar sindromu diaqnozu qoyulub.
Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.
***
Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani infarkt keçirib.
O, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib.
O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri). (report)
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı




























.png)


.jpg)



