Hadisə
Rostov-Bakı marşrutunda xəsarət alanlardan XƏBƏR VAR
Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 1-i Stovropol Xəstəxanasına köçürülüb.
Publika.az məlumat verir ki, bunu Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.
Onun sözlərinə görə, həmin şəxs Həşimov Babaşah Ağamalı oğludur. Hazırda onun vəziyyəti kafidir.
Hadisə nəticəsində xəsarət alanlar - sürücü, 1967-ci il təvəllüdlü Vəliyev Aydın Cavanşir oğlu, 1971-ci il təvəllüdlü Sənubər Turabova, 1997-ci il təvəllüdlü Əbdurrahmanov Eyyub Cabbar oğlu, 1962-ci il təvəllüdlü Baxışov Fikrət Məmmədzadə oğlu, 1995-ci il təvəllüdlü Sultanov Cəmil Ramazan oğlu, Abdullayeva Şahiyə Malik qızı və və Mütəllimov Qələmşah Mütəllim oğlunun isə müalicələri Blaqodarnıy Xəstəxanasında davam etdirilir. Onlardan 2-i reanimasiyadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, noyabrın 4-də axşam saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.
Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Yaralıların hamısı azərbaycanlılardır (Trend).
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur








.jpg)



























.jpg)
.jpg)

