Hadisə
Qubada maska taxmayanlar cərimələndi
Quba rayonunda karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Publika.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Şöbə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onlara həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zərurliyini bildirirlər.
Polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən bütün obyektlərdə satıcıların və müştərilərin tibbi maska və fərdi qoruyucu vasitələrdən istifadə etmələrinə nəzarət edir, kafe və restoranlarda 10 m 2 ərazidə 4 nəfərdən artıq müştərinin olmamasına xüsusi diqqət yetirirlər.
Bundan əlavə, RPŞ-nin DYP bölməsinin inspektorları rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişindaşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.
Şöbə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İXM müvafiq maddəsi ilə protokollar tərtib olunub.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























