Hadisə
Abşeron kanalına çirkab su axıdan sürücü tapıldı - FOTO
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Abşeron suvarma kanalına naməlum avtomobillə çirkab sularının axıdılması barədə məlumat yayılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, məlumat dərhal Nazirliyin nəzarətinə götürülüb.
Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, qeyd edilən çirkab sular kanala “ZİL MMZ” markalı 99 SR 115 dövlət qeydiyyat nişanlı, Sabunçu rayon sakini Hümbət Hümbətovun idarə etdiyi avtomobildən axıdılıb. Sürücü dərhal müəyyən edilərək Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsində gətirilib.
O, izahatında qeyd edilən hadisəni törətdiyini və əməlindən səmimi peşman olduğunu bildirib. Hümbət Hümbətov barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, ciddi xəbərdarlıq edilərək cərimə edilib.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
