Hadisə
Generalın qardaşı oğlu 10 kq heroinlə tutuldu - - VİDEO
Video əlavə olunub.
xxx
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumudur.
Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.
DİN-in yaydığı rəsmi məlumata görə, Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib. Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
