Hadisə
Polisə müqavimət göstərən şəxs həbs edildi
Sentyabrın 3-də Goranboy Rayon Polis Şöbəsinin əməkdaşına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Publika.az-a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla həmin gün saat 21 radələrində Goranboy rayonu ərazisində rayon sakini Natiq Şirinovun ailəsində münaqişənin baş verməsi ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gedən Goranboy Rayon Polis Şöbəsinin istintaq-əməliyyat qrupunun üzvü Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Əliyevə qarşı Natiq Şirinov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Natiq Şirinova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə, o, təqsirlədirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)