Hadisə
Nazirlikdən üçüncü mərtəbədən yıxılan şagirdlə bağlı AÇIQLAMA - FOTO
Bildiyimiz kimi, 7 sentyabr 2020-ci il tarixin Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin IX sinif şagirdi Solmaz Hacıyeva üçüncü mərtəbədən yıxılaraq xəsarət alıb.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, xəsarət nəticəsində məktəbli müxtəlif bədən xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumatda deyilir: “Təhsil Nazirliyi olaraq bu hadisədən məyus olduğumuzu bildirir və Solmazın tezliklə sağalaraq təhsilə qayıtmasını arzulayırıq. Hadisə ilə bağlı Təhsil nazirinin müşaviri R.Ağayev uşağa xəstəxanada baş çəkib, məktəblinin valideynləri ilə görüşüb və müalicənin gedişi ilə maraqlanıb.
Eyni zamanda, nazirliyin səlahiyyətli şəxsləri hadisənin baş verdiyi məktəbin ərazisinə gedib və məktəb rəhbərliyi, eləcə də hadisənin şahidləri ilə görüşüblər. Baş vermis hadisə aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Bir daha bildiririk ki, Təhsil Nazirliyi olaraq Solmazın və onun aiəsinin yanındayıq və hazırda ən vacib məsələ Solmazın sağlamlığıdır. Təhsil Nazirliyi hadisənin təfərrüatının araşdırılmasını diqqətdə saxlayır və ictimaiyyəti bu araşdırmanın nəticələri barədə məlumatlandıracaq”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
