Hadisə
Şəhidlərin qırxı çıxmamış toy edən məşhur iş adamı kimdir? - FOTO/VİDEO
Dünən Azərbaycanda baş tutan qalmaqallı toy məclisi "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov tərəfindən təşkil edilibmiş.
İş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.
Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib.

Amma dünən yayılan videogörüntülərin həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Çünki ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.
Bu gün isə Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilib ki, toyun təşkilatçısı, şadlıq evinin müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu saxlanılaraq inzibati qaydada 7 sutka həbs ediliblər. Lakin toy sahibi cərimə ilə yaxasını məsuliyyətdən qurtara bilib.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil. Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin qırx mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər. (bakupost)
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ







.jpg)
.jpg)





.jpg)























