Nida Təhlil
“Məktəb qaydalarına emosional yanaşmaq düzgün deyil” - Mətanət Abbasova
Qloballaşma və informasiya mühitinin genişləndiyi müasir dövrdə dini, siyasi və ideoloji yanaşmaların ictimai münasibətlərə təsiri qaçılmazdır. Belə bir şəraitdə təhsil müəssisələrinin qarşısında yalnız şagirdlərə bilik və bacarıqlar aşılamaq deyil, həm də onların vətəndaşlıq şüurunu, hüquqi düşüncəsini və ictimai məsuliyyətini formalaşdırmaq vəzifəsi dayanır.
Publika.az xəbər verir ki, AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova vahid məktəbli forması ilə bağlı qərara edilən dəyişiklik ətrafında yaranan müzakirələrə münasibət bildirərkən bu məsələlərə diqqət çəkib.
Onun sözlərinə görə, məktəb mühitinin özünəməxsus tələbləri, daxili nizam-intizam qaydaları var və bu qaydaların qorunması vacibdir. Mətanət Abbasova hesab edir ki, məktəb nizam-intizamının təmin edilməsi məqsədilə qəbul olunan inzibati qərarlara emosional yanaşmaq, zorakılığa çağırışlar etmək düzgün deyil.
Folklorşünas vurğuladı ki, Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olması, vicdan azadlığı və vətəndaşların qanun qarşısında bərabərliyi təsbit edilib.
Mətanət Abbasovanın fikrincə, dini etiqad azadlığının, tolerantlığın, dünyəvi dövlətçilik prinsiplərinin və milli-mənəvi dəyərlərin mahiyyətini və məzmununu düzgün dərk etməyən şəxslərin emosional çağırışları cəmiyyətdə müzakirələrə səbəb olur və mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə maneə yaradır.
Müəllif: Adəm Abbaslı
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu


































.jpg)

