Hadisə
Bakıda DƏHŞƏT – 3 nəfər maşının altında qalaraq öldü
Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Publika.az xəbər verilir ki, fevralın 13-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Zabrat qəsəbə sakini T.Əliyev müəyyən edilərək saxlanılıb.
Oxşar hadisə fevralın 14-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində də baş verib. Novxanıya gedən yolda Bakı şəhər sakini S.İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurmuşdur. Piyada yerindəcə ölüb.
Daha bir piyada ölümü fevralın 14-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 2013-cü il təvəllüdlü K.Nəcəfzadəni vurub. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hər bir hadisə ilə bağlı araşdırma aparılır.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)
























.jpg)


