Hadisə
Çingiz Abdullayevin Pen-Klubu cərimələndi
Xalq yazıçısı Çingiz Abdullayevin Pen-Klubu cərimələnib.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Pen-Kluba məxsus avtomobilin törətdiyi inzibati xəta elektron cihazlar vasitəsilə qeydə alınıb. DYP avtomobili idarə edən sürücüyə inzibati protokol tərtib edilməsi üçün şəxsin kimliyi ilə bağlı təşkilata sorğu göndərib.
“Pen-Klub” sorğuya qanunvericilikdə nəzərdə tutulmuş müddətdə (5 gün ərzində) cavab vermədiyinə görə, təşkilat barədə ptorokol tərtib edilib. Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub.
"Beynəlxalq Pen Təşkilatı - Azərbaycan Pen-Klubu" 1994-cü ildə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb və qurumun prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
