Hadisə
Yevlaxda ata 4 yaşlı ögey övladına işgəncə verdi
Yevlax rayonunda azyaşlı atalığı tərəfindən döyülərək ağır fiziki işgəncələrə məruz qalıb.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini, 40 yaşlı Paşa Laçınov ögey oğlu 4 yaşlı M.D.-ni (şərtidir) döyərək ona işgəncələr verib.
Yevlax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan "Report"a bildirilib ki, faktla bağlı məsələ araşdırılır. Qeyd olunub ki, uşaq hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir:
"Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmalardan sonra yekun məlumat ictimaiyyətə təqdim ediləcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə "Report"a deyib ki, fakt öz təsdiqini tapacağı təqdirdə hadisəyə hüquqi qiymət veriləcək:
"İstənilən halda zorakılıq yolverilməzdir və zorakılığı törədən şəxslər məsuliyyət daşıyırlar. Fakt öz təsdiqini taparsa, azyaşlı ailədən alınaraq dövlətin himayəsinə veriləcək və zorakılıq faktı ilə bağlı müvafiq tədbir görüləcək".
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)























