Hadisə
Fikrət Qoca harada dəfn olunacaq?
Xəbər verdiyimiz kimi, Xalq şairi Fikrət Qoca dünyasını dəyişib. Onun harada dəfn olunacağını öyrənmək üçün Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əlaqə saxladıq.
AYB-nin sözçüsü Xəyal Rza Publika.az-a açıqlamasında söylədi ki, Xalq şairinin hələlik harada dəfn olunacağı dəqiq deyil:
"Bu, yaxın bir-iki saat içərisində bəlli olacaq. İndidən nəsə demək çətindir".
Onu da əlavə edək ki, adətən titullu şairlər və yazıçılar - daha dəqiq desək, Xalq şairi, Xalq yazıçısı ünvanı almış ədiblər özlərinin harada torpağa tapşırılması ilə bağlı vəsiyyətləri yoxdursa, adətən Birinci Fəxri Xiyabanda dəfn olunurlar.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Xalq şairi Fikrət Qocanın da Birinci Fəxri Xiyabanda dəfn olunması gözlənilir.
Buna baxmayaraq, ictimai şəxslərin dövlət məzarlıqlarında dəfni məsələsi ölkə rəhbərliyinin qəbul edəcəyi qərarla müəyyənləşir.
Fikrət Qocanın bu il 85 illik yubileyi keçiriləcəkdi.
Qeyd edək ki, mərhum Xalq şairi Fikrət Qoca iki ay əvvəl Publika.az-a sonuncu müsahibəsində söyləmişdi ki, ona ən böyük yubiley hədiyyəsi torpaqlarımızın işğaldan azad olunması idi.
Tural Turan
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər












.jpg)



.jpg)



















