Hadisə
Bakıda qadın həbsxanadakı qardaşına gizli yolla... - FOTO
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Publika.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Abbasov Əskər Səftər oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Biləsuvar şəhər sakini İbrahimova Ülviyyə Səftər qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan sellofan torbanın içərisindəki maykaya bükülərək gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Bundan başqa Cinayət Məcəlləsinin 237.2.3 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Ceyhun Pirmurad oğluna qohumu Bakı şəhər sakini Qurbanov Yalçın Faiq oğlu tərəfindən göndərilmiş sovqata baxış keçirilən zaman orada olan dəmir qabdakı qatılaşdırılmış südün içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)