Hadisə
Qadını çarpayıya bağlayıb başını qırxdı - AZƏRBAYCANDA ŞOK HADİSƏ
Yevlax rayon Məhkəməsində ötən ilin 2 dekabr tarixində rayonun Kür küçəsində yaşayan 1983-cü il təvəllüdlü Natiq Səmədovun (şərti) həyat yoldaşı Jalə Səmədovaya (şərti) işgəncə verməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Natiq Səmədov barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə etməklə törədildikdə) maddəsi ilə açılmış işin materiallarından məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.
2007-ci ildə evləndiyi və birgə nikahdan 3 övladının olduğu xanımının başqa şəxslə danışmasından şübhələnən Natiq onu izləməyə başlayıb. O, 2019-cu ildə Yeni il ərəfəsində yoldaşına smartfon tipli telefon hədiyyə edib. Bir müddət sonra Natiq Jalənin hərəkətlərindən şübhələnməyə başlayıb, lakin onun telefonunda iz tapa bilməyib. Keçən ilin 2 dekabrında isə o, həyat yoldaşınnı işdən evə gələndə yataq otağına keçərək çarpayının alt hissəsinə nə isə qoyub gizlətdiyini görüb. Dərhal içəri daxil olan kişi oradakı əşyaları götürüb. Məlum olub ki, Jalə həyat yoldaşının bilmədiyi mobil telefon nömrəsini və 7 nömrə yazılmış kağız parçasını gizlətməyə çalışır. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib. Natiq Jalədən kiminlə danışdığını soruşub və kağızda olan nömrələrə bir-bir zəng edib. Lakin cavab verən şəxslər onun həyat yoldaşı ilə münasibətlərinin olmadığını deyiblər. Buna baxmayaraq Natiq Jaləni sorğu sual-etməyə cavab verib. Qadının ona məlumat vermədiyini görən şəxs daha sonra şarf və tozsovuranın naqili ilə onu çarpayıya bağlayaraq döyüb, həmçinin bədəninə yanıq xəsarətləri yetirib. O, qayçı götürərək həyat yoldaşının saçını səliqəsiz formada kəsib. Bu zaman qadın çırpınaraq müqavimət göstərib və qayçı onun başına xəsarət yetirib.
Jalənin başından qan axdığını görən Natiq ona işgəncə verməyi dayandırıb və tibbi yardım göstərib.
Hadisədən 1 gün sonra Jalə qohumlarına zəng edərək əri tərəfindən döyüldüyünü bildirib və polisə şikayət edib.
Məhkəmə prosesində o, Natiqdən şikayətçi olmadığını bildirib. Məhkəmə N.Səmədovu 2 il müddətinə şərti cəzaya məhkum edib və o, sərbəst buraxılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























