Hadisə
"Yetrapak" azərbaycanlılara qarşı döyüşüb - Erməni terrorçulardan ETİRAF
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda dövlət ittihamçısı sübutların tədqiqi ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, əvvəlcə şahid ifadələri dinlənildikdən sonra təqsirləndirilən şəxslərin ifadəsi davam etdirilsin. Vəsatət təmin edilib.
Daha sonra ifadə verən şahid Ceyhun Vəlibəyov qeyd edib ki, təqsirləndirilən şəxs Xosrovyan saxlanılan vaxt hərbi xidmətdə olub: "Biz pusqu qurmuşduq. UAZ markalı avtomobilin gəldiyini gördük. Alyoşa Xosrovyan maşınla yaxınlaşanda ələ keçirdik. Onun avtomobilində silah-sursat da var idi. Biz onu yaxalayıb aidiyyəti şəxslərə təhvil verdik".
Digər şahid Tural Davudov isə bildirib ki, Cəbrayıl rayonunda Alyoşa Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salaraq onun üstünə gəlib: "Biləndə ki Azərbaycan hərbçiləridir, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi. Amma biz ona imkan vermədik. O, bizi zərərsizləşdirmək istəyirdi".
Elnur Süleymanov isə deyib ki, A.Xosrovyan erməni hərbi formasında onlara yaxınlaşıb: "Maşın Cəbrayıl istiqamətindən Horadiz istiqamətinə hərəkət edirdi. Biz onu ələ keçirəndə qaçmaq istədi. Amma biz imkan vermədik".
Prokurorun suallarını cavablandıran A.Xosrovyan isə bildirib ki, guya silaha əl atmayıb: "Mən gördüm ki, Azərbaycan hərbçiləridir, sakitcə təslim oldum".
Şahid C.Vəliyev isə bildirib ki, Xosrovyan hərbi UAZ-da saxlanılıb və axtomobildə AK-74 markalı avtomat, 2-3 daraq var idi.
Alyoşa Xosrovyanın saxlanılması prosesində iştirak edən şahid Aydın Məmişov deyib ki, 2020-ci il oktyabrın 4-də xidmətdə olarkən UAZ markalı avtomobilin onlara yaxınlaşdığını müşahidə edib: "Biz dərhal onu mühasirəyə salıb yaxaladıq. Maşın gəlib dayandı, maşının içindəki adam başladı erməni dilində bizi çağırmağa. Biz onu yaxalayanda bildi ki, erməni deyilik. Maşına baxış keçirdik, döyüşə hazır vəziyyətdə avtomatı götürdük".
Bundan sonra prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu "Yetrapak" erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. O, əvvəl Hadrutda döyüşüb. Mən isə müharibədən qayıdandan sonra həmin təşkilata üzv olmuşam. Mən 1991-92-ci illərdə Rusiyada olmuşam. 1988-90-cı illərdə hərbçi kimi sərhəddə olmuşam. O vaxt ermənilər Zəngilana bir neçə dəfə hücumlar etdilər. Həmin vaxtlarda mən də postlarda olmuşam. Sonra ayağımda yaralar başladı, mən postlara getmədim. Amma həmin vaxtlar ermənilər Qafandan Zəngilan və Qubadlıya gəlib gedirdilər. Mən onda ayağımdan müalicə alırdım. Amma bilirdim ki, Qarabağ erməniləri Zəngilan və Qubadlını zəbt ediblər. 2020-ci il oktyabrın 3-də bildim ki, Azərbaycan hərbçiləri Cəbrayılı işğaldan azad edib. Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma, gəl. Samvel Babayanı görməmişəm və kim olduğunu bilmirəm. Onun "Yetrapak" təşkilatının üzvü olduğunu bilmirdim. 1984-cü ildə bir dəfə Hadrutda olmuşam, ondan sonra o zonaya getməmişəm. Qarabağ ərazisində Hadrutdan başqa heç yerdə olmamışam. Zərərçəkmiş şəxslərin heç birini tanımıram".
Zərərçəkmiş şəxs Cavid Hüseyn isə bildirib ki, Alyoşa Xosrovyan Lüdvik Mkrtçyanla birlikdə ona ağır işgəncələr verib: "Bunlar yalan danışmaqla özlərini günahsız tanıtmaq istəyirlər".
Zərərçəkmiş Zahid Həsənov isə deyib ki, 1994-cü ildə Xankəndidə rus jurnalistin gözü qarşısında, həmin ilin may ayında isə Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: "Alyoşa da, Lüdvik də Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Məni çox yaxşı tanıyır hər ikisi".
Daha sonra təqsirləndirilən Lüdvik Mkrtçyana sərbəst ifadə vermək təklif olunsa da, o, "Sözüm yoxdur" deyib. Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb: "1969-cu il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasında doğulmuşam. 18 yaşıma qədər orada yaşamışam. 1987-ci ildə orta məktəbi bitirmişəm. Erməni dilində oxumuşam. 1987-89-cu illərdə hərbi xidmətdə olmuşam. Rusiya ordusunda xidmət etmişəm. Oradan ailəlikcə gəlmişik Ermənistana. Zərərçəkmişləri ilk dəfə burada görmüşəm. Alyoşanı da burada görmüşəm. 89-cu ildən sonra 90, 91, 92-ci illərdə mən və kiçik qardaşım Yerevanda ayaqqabı sexi açmışdıq. 9-cu sinifdən mən ayaqqabı tikirəm. Ailəlikcə bu işlə məşğul idik. 1992-ci ildən sonra Yereqis kəndində olmuşam. Heç bir döyüş əməliyyatlarında iştirak etməmişəm. 1993-cu ildən sonra Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb. Əsgər olmuşam səngərdə. Təcrübəm yox idi, ona görə cəmi 1 dəfə posta çıxmışam. Oradakı evlərə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə AK-74 silahı vermişdilər".
Dövlət ittihamçısının "sənin əlində silah postda nə gəzirdin?" sualına Lüdvik Mkrtçyan cavab verə bilməyib: "Bu suala cavab verməkdə çətinlik çəkirəm. O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. 2 ay Hadrutda olmuşam. 1994-cü ildə hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam".
Növbəti proses iyulun 7-də davam edəcək.
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...