Hadisə
FHN bu müssisədə yanğın təhlükəsizliyi qaydalarının pozuntusunu aşkarladı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən, avtomobil təmiri, texniki qulluğu və eyni zamanda mebel istehsalı fəaliyyəti ilə məşğul olan müəssisədə plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki,
- müəssisənin ərazisi, bina və tikililərin yanğına qarşı ara məsafələri yanar tullantılardan təmizlənməyib;
- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya və yanğınsöndürmə qurğuları quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- propan qaz balonlarından və qeyri-standart elektrik qızdırıcılarından istifadəyə yol verilib;
- obyektin tələb olunan zəruri sahələri ilkin yanğınsöndürmə alət və vasitələri ilə təmin olunmayıb, mövcud olan istismar müddəti başa çatmış odsöndürənlərin tərkibi isə yenisi ilə əvəz edilməyib;
- yanğın su hovuzu nasaz vəziyyətdə olmaqla yanaşı, üzərində tikili inşa edilib;
- insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı” tərtib edilməyib.
Hazırki mövcud vəziyyətdə baş verə biləcək yanğın zamanı faciə qaçılmaz olacaq. İnsanların və avtomobillərin məhdud ərazidə sıx cəmləşməsi, mebel istehsalı sexində xammalın, asan alışan kimyəvi qatqı, lak və boyaların mövcudluğu ilkin yanğınsöndürmə vasitələrinin olmaması səbəbindən vəziyyətə operativ müdaxiləni mümkünsüz edəcək, qısa zaman kəsiyində yanğının geniş sahəyə yayılmasına şərait yaradacaqdır.
Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Alatava 2 ünvanında yerləşən müəssisədə xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi








.jpg)




























