Hadisə
Gömrükçülər yük maşınında gizlədilən siqaret və dərmanları tapdı
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn 10 ədəd "Mercedez Benz" markalı yük avtomobili saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.
Publika.az DGK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücülər nəqliyyat vasitəsində, üzərində gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildiriblər.
Yoxlama zamanı isə nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 19 920 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Həmçinin, "Qırmızı Körpü"də ölkəmizə gələn "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü sifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı isə avtomobilin salonunda, yataq yerinin yanındakı divar içliyində və dartıcının yan ciblərində gömrük nəzarətindən gizlədilən 260 ədəd dərman preparatı aşkar edilib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz


































