Hadisə
Ağsuda MÜƏMMA: Qaranlıq olan kimi evlər, tövlələr yanır - VİDEO
Ağsuda bir kənddə gecə saatlarında müxtəlif həyətlərdə ard-arda yanğınlar olur. Bu isə yanğınların kimsə tərəfindən qəsdən törədildiyi şübhəsini yaradır. Sakinlər 5 gündür davam edən bu hadisələrdən təşvişə düşüb. Bu səbəbdən polis əməkdaşları kənddə nəzarəti gücləndirib.
Publika.az "xezerxeber.az"a istinadən xəbər verir ki, qaranlıq olan kimi ot tayaları, tövlələr yanmağa başlayır.
Ağsu rayonu Keçdiməz kəndində bir neçə gündür qeyri- müəyyən yanğınlar olur. Sakinlərin iddiasına görə yangınların ard-arda və müxtəlif həyətlərdə olması qəsdən edilib. Gecə olan kimi yanğınlar başlayır. Daha çox ot tayaları və tövlələr yandırılır.
Kənd ərazisində baş verən yangınlarla bağlı aidiyyəti üzrə məlumatlar verilib. Yanğınsöndürənlər də kənddə bir neçə yanğını söndürüb, alovların yayılmasının qarşısını alıblar.
Keçdiməz kənd sakinləri 102 çagrı mərkəzinə zəng edəndən sonra polis əməkdaşları həmin kənddə nəzarəti gücləndirib. Hətta kənd ərazisində bir nəfərin naməlum şəxslər tərəfindən döyülməsi də polisə bildirilib.
Yanğın hadisələrinin 5 gündür ki, davam etdiyi bildirilir. Sakinlər məsələnin tezliklə həll olunmasını istəyirlər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
