Hadisə
Azərbaycanlı məmurlar saxlanılan oliqarx oğlu Ziya Babayevin TOYUNDA - VİDEO
Moskvanın "Vnukovo" hava limanında iş adamı Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb.
Publika.az xəbər verir ki, İstanbuldan Moskvaya gəlmiş Z.Babayev gizli yolla Rusiyaya 36 milyon rubl (təxminən 500 min ABŞ dolları) dəyərində qızıl-zinət əşyaları gətirməkdə şübhəli bilinir.
Məlumata görə, iş adamının oğlu bu yaxınlarda İstanbulda məşhur "Çırağan" hoteldə özünə dəbdəbəli toy mərasimi də təşkil edib. Bildirilir ki, M.Babayevin təmtəraqlı toy şənliyində ailə üzvləri ilə yanaşı, Azərbaycanın məşhur müğənniləri, azərbaycanlı məmurlar və məşhur iş adamları, oliqarxlar, başqa sahənin tanınmışları iştirak edib.
Ziya Babayev 2009-cu ildə İsveçrədə azərbaycanlı iş adamı Telman İsmayılovun oğulları ilə idman avtomobilində şütüyərkən yerli sakinin maşını ilə qəza törətməsindən sonra məşhurlaşıb. Qəza nəticəsində xəsarət almış isveçrəli reanimasiyaya çatdırılıb, lakin iş məhkəməyə qədər gedib çıxmayıb.

O zaman Rusiya prezidenti Vladimir Putin bu qalmaqalı şərh edərkən bildirmişdi ki, sovet dövründə cəmiyyətin müəyyən təbəqələri arasında sərvətlərini nümayiş etdirməyin ən yaxşı yolu qızıl diş taxmaq idi: "Bax indi də "Lamborgini" və digər cah-cəlal o vaxtın qızıl dişləridir".
Qeyd edək ki, Babayevin tikinti şirkəti Bakıda məşhur "Jurnalistlər binası"nı tikib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
