Hadisə
Həbs edilmiş Ata Abdullayevlə bağlı YENİ XƏBƏR
Bakı Ağır Cinayətlər Məhkəməsində Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.
Publika.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ata Abdullayevin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra A.Abdullayev çıxış edib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyev və Ombudsman Səbinə Əliyevaya təşəkkür edib: "Mən həmin şəxslərdən deyiləm ki, müdafiəm üçün beynəlxalq təşkilatlara müraciət edim. Mənim onların müdafiəsinə ehtiyacım yoxdur. Şükürlər olsun ki, "Dəmir yumruq" zəfər çaldı. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Zəfər yoluna and olsun ki, zərərçəkmişləri iki dəfə görmüşəm. Mən bu 7 ayda günahımın nədən ibarət olduğunu bilirəm, başa düşmüşəm. Amma həmin ittihamda yazılanların əsası yoxdur. Allah mənə qismət edib Vyanada "Dəmir yumruğu" şəxsən öpmüşəm. Mən Prezidentlə nəfəs alan adamam. Burda yazılanları etməmişəm. Şikayətçilərin elələri var ki, onlarla ünsiyyətim olmayıb. 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla heç nə yazdıran olmayıb. And olsun Allaha, mən günahsızam, məsumam".
Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.(Report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
