Hadisə
Canəli Əkbərovun qızı OD PÜSKÜRDÜ: Hansı şərəfsiz yayıb...
“O xəbəri hansı şərəfsiz yayıb bilmirik. Canəli müəllimin xəstə olduğunu öyrənən jurnalist əvvəlcə zəng edib məlumatı bizimlə dəqiqləşdirməlidir. Yalan məlumatdır, əvvəla Canəli bəy koronavirusa yoluxsa idi, niyə onu ev şəraitində müalicə edirdik? Bu qədər cahilik ki, koronavirus xəstəsini evdə müalicə edək? Yoxsa xalq düşməniyik ki, hamını virusa yoluxduraq? Üstəlik, hər gün tələbələri gəlib onu ziyarət edir. Sizcə, ilin-günün bu vaxtında koronavirus xəstəsini tələbələri gəlib ziyarət edə bilər? Nəvələri və qohum-əqraba da yanındadır”.
Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Canəli Əkbərovun qızı Sevinc Əkbərova deyib. Sənətçinin qızı məlumatın dəqiqləşdirilmədən yayılmasına üsyan edib:
“Əgər koronavirus xəstəsi olsaydı, biz onu ECMO cihazına qoşardıq, niyə evdə süni nəfəs aparatına qoşaq ki? Canəli Əkbərov 2 il əvvəl beyin insultu keçirib. Ölkəmizin birinci xanımı Mehriban Əliyeva sağ olsun, onun müalicəsinə dəstək oldu, 2 dəfə dövlət xətti ilə müalicə olundu. Onda da həkimlər məsləhət bildi ki, süni nəfəs aparatına qoşulsun. İndi də eyni hal təkrar olunub, həkim hərdən süni nəfəs aparatına qoşmağı tapşırıb. Hər süni nəfəs aparatına qoşulan koronavirus xəstəsi deyil. Hazırda evdədir, ev şəraitində müalicə alır”.
Sevinc xanım bildirib ki, anasının da vəziyyətinin ağır olması haqqında yayılan xəbərlər yalandır:
“Mart ayında Canəli müəllimin 81 illiyi oldu, heç bir kanal bunu işıqlandırmadı, bir veriliş hazırlanmadı, konsertləri göstərilmədi. Elin böyük sənətkarıdır, bu sənətkarlardan bir də dünyaya gəlməyəcək... Nə olardı ki, 81 yaşı qeyd olunardı... Amma koronavirus olmadığı halda bu xəstəliyə yoluxduğunu bütün mətbuat işıqlandırır. Bu cür münasibət bizi incidir”.
Qeyd edək ki, bəzi saytlar Xalq artisti Canəli Əkbərovun və həyat yoldaşının koronavirusa yoluxduğunu iddia edib.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





