Hadisə
DİN hərəkətə keçdi - Bakıda bu ərazi NƏZARƏTƏ GÖTÜRÜLDÜ (VİDEO)
Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O bildirib ki, görüntülərdə əks olunan ərazi tam nəzarətə götürülüb: “Həmin ünvanda neqativ halların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”.
“Əraziyə naryad qrupu 24 saat fasiləsiz xidmətə cəlb edilib”, - deyə DİN rəsmisi əlavə edib.
Qeyd edək ki, ötən gün Baku TV-nin əməkdaşları Bakının Yasamal rayonu, Zivərbəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalmış parklanma olan ərazidə olublar.
İddia edilib ki, ərazidə toplaşan insanlar mütəmadi olaraq narkotik qəbul edir.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO


































.jpg)

.jpg)