Hadisə
Azərbaycandan Kanadaya poçtla narkotik göndərmək istədi - FOTO/VİDEO
Azərbaycandan Kanadaya göndərilən, içində otbiçən maşın olan katron bağlamada narkotik vasitə aşkarlanıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük nəzarəti zamanı xidməti it sözügedən poçt bağlamasına reaksiya verib.
Bağlamaya rentgen qurğusunda baxış zamanı isə monitorda şübhəli təsvirlər müşahidə olunub. Daha sonra karton qutudan ibarət həmin poçt bağlaması açılıb və qutuda 1 ədəd otbiçən maşın olduğu müəyyən edilib.
Lakin otbiçən maşının mühərrikinin qapağının boltları açıldıqda, mühərrikin həmin hissədəki boşluğunda narkotik vasitə olan tiryək aşkarlanıb.
Bundan başqa, otbiçən maşının mühərrikinin dəmir korpusunun boltları açıldıqda, korpusun qapağının altında və mühərrikin içəri tərəfindəki boşluqda da eyni narkotik vasitə aşkar olunub. Aşkara çıxarılan həmin maddələrin ümumi çəkisi 2831 qram təşkil edib.
Gömrük əməkdaşları tərəfindən poçt bağlamasının sahibi də müəyyən olunub və həmin şəxsin istifadəsində olan “Azsamand” markalı avtomobilə baxış zamanı maşının salonunda 2 ədəd bükümdə, ümumi çəkisi 5 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














