Hadisə
Salyanda avtoşlara qarşı ƏMƏLİYYAT - FOTO
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri və sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyən edilib, onlarla profilaktiki söhbətlər aparılıb.
Bundan əlavə, tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyi edən 8 sürücünün nəqliyyat vasitəsi saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.
Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)