Hadisə
Azərbaycanda ŞOK HADİSƏ - Polis zabiti ailəsi ilə birgə yanaraq öldü - TƏFƏRRÜAT/VİDEO
Video əlavə olunub.
xxx
Ötən gecə Ağcabədi rayonunun Hindarx qəsəbəsində güclü yanğın olub.
Publika.az xəbər verir ki, ikimərtəbəli fərdi evdə baş verən yanğın zamanı evdə olan 7 nəfərdən 3-ü yanaraq ölüb. Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, onun övladı - bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və həyat yoldaşı Kərimova Nailə İsa qızıdır.
Bildirilir ki, hadisə vaxtı evdə 7 nəfər olub. Qonşular Kərimovların evindən tüstü qalxdığını görərək onlara köməyə gediblər. Bu zaman birinci mərtəbədə olan ailə üzvlərindən 4-ü sağ-salamat yanan evdən çıxarılaraq xilas edilib. Lakin evin içini tüstü və alov bürüdüyündən ikinci mərtəbəyə qalxmaq mümkün olmayıb. Bunu görən qəsəbə sakinləri 2-ci mərtəbədəki mənzilin pəncərəsinin dəmir torlarını kəsərək onları çölə çıxarmağa çalışıblar. Lakin artıq gec olub. Gənc ailə tamamilə yanaraq həlak olub.
Qəsəbə sakinləri Publika.az-a bildirib ki, vəfat edən Kərimov Miri Firdovsi oğlu polis zabitidir və bir neçə ay əvvələ kimi post patrul xidmətinin komandiri vəzifəsində çalışıb. O, atasının biznesini idarə etmək məqsədilə bir neçə ay əvvəl işdən çıxıbmış.
Faktla bağlı araşdırmalara başlanılıb.
Nizam
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto










.jpg)




















.jpg)


