Ötən gün ölkədə 20 yanğın olub
Bizi izləyin

Hadisə

Ötən gün ölkədə 20 yanğın olub

Ötən gün ölkədə 20 yanğın olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış, 3 köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər, o cümlədən Xəzər rayonunda intihar məqsədilə özünü dənizə atan 1 nəfər xilas edilib.

Bundan başqa, Sabunçu rayonunda yük avtomobili ilə iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən 2 nəfərin meyiti çıxarılıb. Həmçinin, Yasamal rayonunda birmərtəbəli obyektin damından 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm