Hadisə
Prokuror Ata Abdullayevə 9 il həbs cəzası istədi
Həbsdə olan bloger Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.
Məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 321 (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsilə məhkum edilib. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 177 (oğurluq) və 271-ci (kompüter sisteminə qanunsuz daxil olma) maddələrilə təqsirli bilinib, 7 il şərti cəza alıb.
Sənədlər arasında Ata Abdullayevin yaşadığı ərazinin Mənzil Kommunal İstismar Sahəsinin rəisinin istintaq dövründə DTX-ya göndərdiyi xasiyyətnamə də var. Orada yazılıb ki, Ata Abdullayev özündən razı, qonşularla münaqişəli biri olub.
Məhkəmədə çıxış edən Ata Abdullayev bildirib ki, 2009-cu ildə Neft Akademiyasında baş vermiş terror zamanı gördüyü işlərdən də danışıb: “O hadisədə Neft Akademiyasına birinci daxil olan mən olmuşam. Yaralıların, meyitlərin daşınmasına kömək eləmişəm. Hüquq-mühafizə orqanlarına da birinci mən məlumat vermişəm. Əgər mən olmasaydım, orada ölənlərin xeyli çox olardı. O hadisədən sonra Akif Çovdarov mənə zülm elədi”.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxış üçün söz prokurora verilib.
Prokuror Ata Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses dekabrın 28-də davam edəcək.
İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.
Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib.
Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.
Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat tələb edib. O, Şahlar Həsənovu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul istəyib.
Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.
Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
















.jpg)







.jpg)


.jpg)











