Hadisə
Azərbaycanda qəlyan çəkilməsinə görə cinayət işi açıldı
Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publikaaz-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.
Çay evinin inzibatçısı Cəsur Abışova bundan öncə eyni əməli törətdiyinə görə inzibati qaydada protokol tərtib edilib. Lakin o, karantin rejiminin tələblərinə məhəl qoymayaraq pozuntu hallarını davam etdirdiyindən barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi il cinayət işi başlanılıb, araşdırma aparılır.
Həmin çay evinin icarədarı R.Süleymanlı və işçisi A.Quliyeva barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)