Hadisə
FHN 27 nəfəri xilas etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayram günləri ərzində ümumilikdə 176 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 2-si azyaşlı olmaqla 27 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğınlar zamanı 15 nəfər təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib.
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…















.jpg)
.jpg)



.jpg)
















