Hadisə
Azərbaycanda əmisi ilə əlaqədə olmuş 15 yaşlı qız ŞOK FAKTLARI AÇIQLADI
Dekabrın 28-də rayon məhkəmələrinin birində qardaşı qızı ilə cinsi əlaqədə olmuş 1973-cü il təvəllüdlü Rafiq Rəsulov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, R.Rəsulovun mərhum qardaşının 2006-cı il təvəllüdlü qızı Mənsurə (şərti adlı) ilə bir neçə dəfə cinsi əlaqədə olduğu və qızın şikayəti əsasında barəsində cinayət işi açıldığı məlum olub.
İstintaq zamanı bəlli olub ki, 2006-cı ildə Rafiqin qardaşı Mehdi (şərti adlı) həyat yoldaşını və qaynanasını qətlə yetirib. Daha sonra o, özünü öldürüb. Həmin vaxt bir neçə aylıq olan Mənsurə ata babasının himayəsində böyüyüb. Babasının vəfatından sonra isə onu nənəsi böyüdüb. 2021-ci ilin fevral ayından etibarən isə mərhum atasının ata bir, ana ayrı qardaşı, yəni əmisi Rafiq isə onunla sıx maraqlanmağa başlayıb. O, dəfələrlə Mənsurəyə mesajlar yazaraq ondan xoşu gəldiyini və sair yazıb.
İfadə verən 15 yaşlı qız bildirib ki, nənəsinin COVID-19-a yoluxması, əsəblərinin korlanmasından sonra, eləcə də orada yola gedə bilməməsi səbəbindən 2021-ci ilin mart ayında onun evini tərk edib və ... rayonunun XXX kəndində Rafiq əmisinin evində yaşamağa başlayıb. Lakin ora köçdükdən bir müddət sonra əmisinin seksual xarakterli hərəkətləri başlayıb.
İttiham aktından görünür ki, Rafiq Rəsulov 22 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək olan müddət ərzində özünə məxsus evdə və 31 mart-1 aprel tarixlərində bacısının müvəqqəti yaşadığı evdə16 yaşına çatmayan ögey qardaşının qızı ilə zor tətbiq etmədən təkrarən təbii və qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona xəsarətlər yetirib və seksual xarakterli digər hərəkətlər edib.
Mənsurə Rəsulova bildirib ki, əmisi evdə heç kimin olmadığı vaxt, və ya otaqda tək olarkən hər dəfə ona qarşı seksual xarakterli hərəkətlər edib. Gedəcək yeri olmadığından və qorxduğu üçün səsini çıxarmayıb. Nəhayət 2021-ci ilin aprelin 2-də əmisi onu bibisinin kirayə tutduğu evə apararaq onu orada saxlayacağını deməsindən sonra digər bibisinə mesaj yazaraq ortada qaldığını, gəlib onu aparmalarını bildirib.
Bundan sonra Mənsurənin bibisi onu nənəsinin evinə qaytarıb. Orada olarkən 15 yaşlı qız əmisi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını bildirib. Rafiq də həmin evə dəvət edilib və Mənsurə ilə üzləşdirilib. Bu zaman o, başını aşağı salaraq qızın dediklərini təsdiq edib.
Məhkəmədə Mənsurə ögey əmisindən daha şikayətçi olmadığını, onunla barışdığını bildirib: “O, mənəvi əzab çəkərək cəzasını çəkib”.
Mənsurənin qanuni nümayəndəsi də Rafiqin bağışlanmasını, onun cəzasını çəkdiyini deyib.
XXX rayon Məhkəməsi R.Rəsulov barəsində baqa yerə getməməklə bağlı qətimkan tədbiri seçib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO