Hadisə
Özbəkistan Prezidenti təcili tapşırıqlar verdi - MÜDAFİƏ GÜCLƏNDİRİLSİN
Özbəkistan prezidenti Şavkat Mirziyoyev hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı göstəriş verib.
Publika.az xəbər verir ki, müvafiq tapşırıq Mirziyoyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının geniş iclasında müzakirə edilib.
Mirziyoyev kadr hazırlığı və qabaqcıl texnikanın tətbiqi məsələlərinə diqqət yetirib.
Bu məqsədlərdən və müasir təhdidlərin mahiyyətindən çıxış edərək 2022-2026-cı illərdə Silahlı Qüvvələrin gələcək inkişafına dair konseptual proqramın qəbul edilməsi tapşırılıb.
Silahlı Qüvvələrin Baş Qərargahının fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə çatdırılması, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
İclasda qlobal informasiya məkanında təhdidlərin artdığı indiki şəraitdə informasiya təhlükəsizliyinin təmin edilməsi, gənclərin yad ideyalardan qorunması, hərbi qulluqçuların psixoloji hazırlığı və mənəvi-psixoloji hazırlığının gücləndirilməsinin aktuallığı vurğulanıb.
“Xalqımızın təhlükəsizliyinin, sülhünün və əmin-amanlığının təmin edilməsi bu gün də əsas prioritet olaraq qalır və gələcəkdə də belə olacaq. Çünki ölkəmizin hərtərəfli inkişafının əsas təminatı yalnız sülh və əmin-amanlıqdır. Yeni 2022-ci il bütün sahələrdə, o cümlədən Silahlı Qüvvələrdə həlledici olmalıdır”, - deyə Mirziyoyev vurğulayıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
