Hadisə
"İdeal"ın həbsdə olan keçmiş rəhbərinin məhkəməsində vəkillər çıxış edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında vəkillər müdafiə çıxışları ediblər.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər - Nailə Eldarova və Gülnar Quluzadə çıxışlarında ittihamın əsassız olduğunu deyiblər.
Onlar İ.İsmayılovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmədə elan edilib ki, gələn prosesdə təqsirləndirilən şəxsə son söz veriləcək.
Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.
Xatırladaq ki, prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)