Hadisə
Azərbaycanda ata, ana və oğula cinayət işi açıldı - ADAM OĞURLUĞU
Göyçay rayonunda gənc qızı qaçıran şəxsə bağlı cinayət işi açılıb.
Rayon sakini, 1993-cü il təvəllüdlü Əliyev Feyruz Mahmud oğlunun həmkəndlisi, 2001-ci il təvəllüdlü M.N-ni (Ad soy adı şərti) onun iradəsinə zidd olaraq qaçırıb oğurlaması ilə bağlı hadisə Göyçay Rayon Polis Şöbəsində araşdırılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci (Adam oğurluğu) maddəsilə cinayət işi başlanıb.
Faktla bağlı istintaq davam etdirilir.
Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu "Report"a təsdiqləyib.
Qeyd edək ki, hadisə fevralın 26-da səhər saatlarında Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində qeydə alınıb. Belə ki, F.Əliyev evlənmək məqsədilə atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb. Göyçay Rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib. Hadisəni törətməkdə şübhəli bilinən F. Əliyev saxlanılıb.(Report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
