Hadisə
Kürdəmirdə narkotik çəkib maşın sürən şəxs tutuldu
Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “saxla” işarəsi verilib.
Bu zaman sürücü H.Süleymanovun hərəkətləri şübhə doğurduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olub.
Polis əməkdaşları tərəfindən həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Kürdəmir rayon məhkəməsinin qərarı ilə H.Süleymanov 5 sutka inzibati qaydada həbs edilib.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)