Hadisə
Özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim edən şəxs həbs edildi - FOTO
Paytaxtın Səbail rayonunda yol polis əməkdaşlarına hərbi mundirdə özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim etməklə ictimai qaydanı pozan şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Səbail DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün xanım sürücünün idarə etdiyi avtomobilə “saxla” işarəsi verilib. Bu zaman yoldan ötən hərbi geyimli şəxs polis əməkdaşlarına yaxınlaşaraq qadının həyat yoldaşı oluğunu və özünün da qazi olduğunu bildirərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərib.
İctimai qaydanı pozan şəxs – Xansu Quliyev əraziyə çağırılan naryad qrupu tərəfindən ərazi polis bölməsinə təhvil verilib. Onun barəsində bölmədə aparılan araşdırmalarla müəyyən olunub ki, o, ümumiyyətlə hərbi mükəlləfiyyətli deyil, heç vaxt ordu sıralarında xidmət etməyib.
Həmin hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsinin tərkib əlamətləri olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə X.Quliyev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 15 sutka müddətində inzibati qaydada həbs edilib.
src="/storage/files/upload/2a3c99e03c2e850673e637136815da82192daaa2.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)