Hadisə
Azərbaycana 63 kq narkotik keçirərkən tutuldular - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşlarının sayıqlığı nəticəsində 63 kq 305 qram narkotik vasitəyə və 1970 ədəd psixotrophəblərə bənzər maddələrin İran İslam Respublikasından (İİR) Azərbaycana qanunsuz keçirilməsinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, mart ayının 9-da saat 22:40 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Marallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazinin kolluq və sıx qamışlıq olmasından istifadə edərək sərhəd pozucularından bir nəfərin geriyə İİR istiqamətinə, digər üç nəfərin isə Azərbaycan tərəfə qaçmaları müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb, sərhəd pozucularının axtarışı üzrə əməliyyat-qoşun tədbirləri həyata keçirilib.
Mart ayının 10-da saat 12:35 radələrində nəzarət altında saxlanılan hadisənin baş verdiyi əraziyə gələn bir nəfər şübhəli şəxs geri qayıdarkən saxlanılıb. Onun Beyləqan rayonu Birinci Şahsevən kənd sakini, 1982-ci il təvəllüdlü Abdullayev Mehman Əli oğlu olması müəyyənləşdirilib.
Saxlanılan şəxsin əlindəki 3 kisəyə baxış zamanı içərisində təxmini çəkisi 63 kq 305 qram narkotik vasitəyə (35 kq 450 qram heroin, 14 kq 140 qram metamfetamin, 13 kq 66 qram marixuana, 55 qram tiryək və 1970 ədəd psixotrop həblərə bənzər maddələr, eləcə də 6 şüşədə 10,5 litr “Çaykovski” markalı spirtli içki aşkar olunaraq götürülüb.
Azərbaycan ərazisinə qaçmağa nail olan 3 nəfər sərhəd pozucularının saxlanılması məqsədilə axtarış ərazisi müəyyən edilib, pilotsuz uçuş aparatlarının tətbiqi, xidməti itlərin cəlb edilməsi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində martın 11-də sərhəd pozucularının sərhədboyu zolaqda qamışlıq sahədə gizləndiyi yer aşkarlanaraq saxlanılıblar.
Qaçaqmalçıların İİR-nın vətəndaşları - 1977-ci il təvəllüdlü Quluzadə Əkbər Hüseyn, 1980-ci il təvəllüdlü Bagiri Malik Bəhrəm və 1998-ci il təvəllüdlü Əsədi Əli Əhsən olmaları müəyyənləşdirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz