Hadisə
Azərbaycanda YOL QIRĞINI: 183 ölü, 373 yaralı
2022-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27 (+7,2%) fakt, ölənlərin sayı 58 (+46,4%), yaralananların sayı isə 3 (+0,8%) nəfər artıb:
"Aparılan təhlillər göstərir ki, 392 (97,3%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 / 2,2%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 40,3%-i, başqa sözlə 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33,4%-i isə, yəni 131-i qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma (187 / 46,4% - 81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb) və toqquşma (129 / 32,0% - 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb) halları yenə də üstünlük təşkil edib.
Yol qəzalarında həlak olan 183 nəfərdən (yaşı 16-dək olan 9 nəfər, qadınlar 44 nəfər) 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub".
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi








.jpg)




























