Hadisə
Ayaqqabı bağlamasından 118 min manatlıq brilyant tapıldı
Son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb. Belə ki, cari il ərzində, ümumilikdə 29 fakt üzrə ayrı-ayrı fiziki şəxslər tərəfindən sifariş edilmiş mallar kimi göstərilən lakin, kommersiya təyinatlı mallar olduğu sübuta yetirilən və müvafiq tənbeh tədbiri tətbiq edilən işlər qeydə alınıb. Əgər keçən ilin 3 ayı ərzində cəmi 7 belə fakt müəyyən edilmişdisə, artıq bu ilin eyni dövründə 4 dəfə çox - 29 belə fakt müəyyən edilib.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, eyni zamanda, aparılan araşdırmalar sürətli poçt daşıma şirkətləri vasitəsilə onlayn sifariş əsasında daşınması həyata keçirilən bağlamalarda şəxsi istifadə üçün icazə verilən limit məbləğindən sui-istifadə hallarının artmasını da göstərir.
Qeyd edək ki, daşıma şirkətlərinin biri tərəfindən ölkə ərazisinə gətirilən ayaqqabı yükü kimi qeyd edilən bağlamaya gömrük baxışı zamanı ayaqqabının içindən, ümumi dəyəri 118659 manat dəyərində 75 qram brilyant qaşlar aşkar edilib.
Bu kimi faktlara misal olaraq, digər bir poçt daşıma şirkəti tərəfindən ölkə ərazisinə gətirilən geyim əşyalarının içərisindən gömrük orqanından gizlədilmiş, 3 ədəd “Samsung” markalı mobil telefon, həmçinin “Maska paketi” yükləri kimi gömrük orqanına bəyan edilən bağlamanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, qızıl-zinət əşyaları aşkar edilərək ölkə ərazisinə qanunsuz yolla idxal edilməsinin qarşısı alınıb.
Göstərilən faktlardan əlavə həyata keçirilən gömrük yoxlamaları zamanı daha bir şirkət tərəfindən daşınması həyata keçirilən yüklərə dair təqdim edilən məlumatlarda, 146 ədəd bağlamaya aid qiymət məlumatları faktiki yuxarı həddə olmağına baxmayaraq “1” türk lirəsi qeyd edilib. Bu da öz növbəsində aylıq limit məbləğinin düzgün hesablanmasına mane olan hallar kimi qiymətləndirlir, qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edir.
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı









.jpg)




























