Hadisə
Neçə dəfə evləndirmək istəyiblər, razılaşmayıb - İLKİNİN VƏKİLİ
Publika.az">Publika.az tanınmış vəkil Zabil Qəhrəmanovun Gununsesi.info-ya müsahibəsini təqdim edir:
– Nəinki məhkəmə prosesində, hətta ibtidai istintaqda da təhlil edəndə görünürdü ki, İlkin Süleymanovu ittiham eləmək üçün yetərincə sübut yoxdur. Məhkəmədə də əlavə bir sübut ortaya qoyulmayıb. İlkin Süleymanova qarşı sübutlar nədən ibarətdir?
– Özünün ifadəsi, lifli ekspertizanın rəyi, bir də qan nümunəsi. Bunların hamısı da şübhəli məsələlərdir. Heç bir mötəbər sübut yoxdur. Məsələn, İlkinin ifadəsi. Bu ifadəni oxuyanda görünür ki, işin hallarına qətiyyən uyğun deyil. Məsələn, İlkin ifadəsində deyir ki, yanvarın 6-da daşla vurub öldürmüşəm. Amma ekspertiza rəy verib ki, yalandır, 6-da öldürülməyib. İkincisi, İlkin deyir ki, mən bir zərbə vurdum, amma ekspert rəyinə görə ortada 5 zərbə var. Üçüncüsü, İlkin deyir ki, onu kisəyə saldım, qollarını, ayaqlarını bağladım, gətirib başına da bir daş vurdum, aparıb yandırdım. Amma cinayət işinin materiallarında ümumiyyətlə, daşın maddi sübut kimi götürülməsi halı yoxdur. İlkin Süleymanovun bu ifadəsilə ona ittiham verilməsi doğru deyildi. İlkin Süleymanov bu ifadəni necə verdiyini də məhkəmədə açıqladı. Dedi ki, işgəncələrdən sonra məcbur olub, boynuma götürdüm. Üstəlik, mənə işarə verirdilər nə deməyim haqda. Məsələn, qanlı daş deyirdilər, mən də ona uyğunlaşdırıb deyirdim ki, daşla başına vurdum və s. Yəni bu, formalaşdırılmış ifadə idi. Düşünməmişdilər ki, sonradan bir ağıllı çıxıb, bunlardan ifadədəki ziddiyyətləri soruşacaq.
src="/storage/files/upload/D13FEC4F-901D-4953-A470-D47B3B0CDF30-295x300.jpeg" alt="" width="295" height="300" srcset="https://www.gununsesi.info/wp-content/uploads/2022/06/D13FEC4F-901D-4953-A470-D47B3B0CDF30-295x300.jpeg 295w, https://www.gununsesi.info/wp-content/uploads/2022/06/D13FEC4F-901D-4953-A470-D47B3B0CDF30-1009x1024.jpeg 1009w, https://www.gununsesi.info/wp-content/uploads/2022/06/D13FEC4F-901D-4953-A470-D47B3B0CDF30-768x780.jpeg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2022/06/D13FEC4F-901D-4953-A470-D47B3B0CDF30.jpeg 1242w" sizes="(max-width: 295px) 100vw, 295px" class="fr-fic fr-dii">
– İlkin Süleymanov ölümü etiraf edirdisə, digər mexanizmləri niyə demirdi?
– Yeri gəlmişkən, qanla bağlı. Niyə o həyətdən tapıldığı iddia olunan qanın genetik ekspertizası yoxdur? Süleymanovlar ailəsində ikinci qrup qan daşıyıcısı olan 3-4 nəfər var. Paltarlarla bağlı lif məsələsini ortaya qoyublar. Alt paltarı məsələsilə bağlı hal məhkəmədə araşdırıldı. Məlum oldu ki, ekspertizanın rəy verdiyi həmin paltar bazardan alınıb, polis şöbəsinə təhvil verilib. Hələ başqa məsələlər də var.
– Bir ildir davam edən məhkəmə prosesində yeni heç nə ortaya çıxmadı?
– Mən məhkəmədə nəyinsə üzə çıxacağına inanmırdım. Amma özümün düşündüyüm məsələlər vardı. Bu adam uşağı evdə saxlayırsa, bir gün səhərdən gecə yarıya qədər toyda necə iştirak edib? Axı o, toyda iştirak etməyə məcbur deyildi. Lap getsə belə, 1-2 saat sonra qayıdardı, axı evdə oğurladığı adamı saxlayırdı. Kimsə gəlib uşağın saxlandığı otağa daxil ola bilərdi, uşağın təbii ehtiyaclarını ödəməsi məsələsi vardı. O otaqdan döşək götürülüb, heç nə aşkarlanmayıb. Bu adam o müddətdə dəfələrlə hüzr yerlərinə gedib. Evdən gedən vardı, İlkin məcbur deyildi axı getməyə, uşağı qoyub getməyə bilərdi. Burada söhbət həm də cinayətin motivindən gedir. Guya İlkin Nərmini övladı kimi götürüb saxlamaq istəyib. Onu qızı kimi saxlamaq istəyibsə, niyə işgəncə versin? Yaxud da bilmirmi ki, bunun üstü bir gün açılacaq? Adamı bir aydan çox müddətdə saxlamaq üçün mütləq əsaslı bir maraq olmalıdır. Həm də bu qədər sıxıntının, əzab-əziyyətin içində. Maraq olmasa, kimin nəyinə lazımdır kimisə saxlasın?
– Lap əvvəllər bu cinayətlə bağlı təcavüz versiyası səslənirdi. Məhkəmədə də İlkin Süleymanovun yaxınları bildirdi ki, ilk günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları onlara İlkinin Nərminə təcavüz etdiyini deyiblər. Cinayət işinin materiallarında bu barədə nəsə varmı?
– Heç nə yoxdur. Bu söz-söhbətin yaranma səbəbini deyəcəm. Azərbaycan cəmiyyətində qadınlarla bağlı hadisələrdə ilk ağla gələn versiyalardan biri təcavüzdür.
– Belə bir məlumat da var ki, tapılan meyitin cinsiyyət orqanı olan nahiyəsi tam yandığına görə təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirmək mümkün olmayıb. Bəlkə həm də buradan qaynaqlanır həmin iddia?
– İlk olaraq, niyə bu versiya ətrafında müzakirələr gedirdi? Çünki tapılan meyit qadın idi. İnsanlar fikirləşir ki, bunu öldürüblərsə, yəqin təcavüz edib öldürüblər. Bu da cəmiyyətdə cinsi məsələlərə münasibətdən, seksual aclıqdan irəli gəlir. Meyitin o nahiyəsinin yandırılması məsələsi doğrudur. Bu da şübhəli məqamlardan biridir. Hüquqşünas kimi, əlimdə fakt olmalıdır ki, deyim, məhz buna görə baş verib. Amma bu ehtimallar ola bilər.
– Xüsusən ilk vaxtlarda İlkin Süleymanovu psixi xəstə, manyak kimi təqdim edirdilər. Onun psixi durumu ilə bağlı ekspert rəyi varmı?
– Ekspert rəyi var və onun anlaqlı olması haqda rəy verilib. İlkini bir neçə dəfə evləndirmək istəyiblər, lakin o, öz səhhətindəki problemləri nəzərə alaraq, bunu istəməyib. Deyib ki, bunu edə bilmərəm. Hətta bir dəfə elçi getdikləri qıza təklikdə səmimi şəkildə deyib ki, “mən səni xoşbəxt eləyə bilməyəcəm”. Bunu niyə deyirəm? Psixopatlarda özünütənqid olmur. Amma İlkində özünü tənqid var, öz səhvini, qüsurlarını görür və bunu dilə gətirir. Bu, çətin bir şeydir. Dilə gətirirsə, deməli, adam bununla barışıb. Bir var, nevroz, bir var, psixopat, bir var şizofren. Şizofreniyanın da növləri var. Nevrozların digərlərindən fərqi budur ki, onlar özlərinə tənqidi yanaşa bilirlər. Psixopatlar isə fərqlidilər. Onlar hansısa səhv hərəkəti eləyəndə də bunu səhv kimi qəbul eləmirlər. Deyirlər, yaxşı eləmişəm. Məsələn, heç görmüsünüzmü ki, dəlilər özlərini tənqid eləsin? Məhkəmə prosesi də göstərdi ki, İlkinin başı xarab deyil, məntiqi, normal mühakimə yürütmək qabiliyyəti var.
– Normal adamın bir kəndin içində 11 yaşlı qızı övladlığa götürmək üçün oğurlaması ağlabatan deyil. Bəs bu motiv niyə ortaya çıxıb? Normal adamdırsa, hansı məntiqlə bu cür addım atıb? Normal deyilsə, niyə ekspertiza anlaqlı olması haqda rəy verib? Yaxud da İlkin Süleymanovun dediyi kimi, cinayəti o törətməyibsə, istintaq niyə məhz bu motivi seçib?
– Nərmin Quliyevanın ana nənəsi müsahibələrinin birində deyib ki, Nərmini qohumlarından biri övladlığa götürmək istəyib. Həmin motiv də buradan qaynaqlanır. İstintaq bir qədər dəyişiklik edib. Guya İlkinin ailəsi, övladı yoxdur deyə, sinif yoldaşı olan Şərifə qısqanclıqla yanaşıb. Bəlkə də meyitin məhz İlkin Süleymanovgilin qapısına atılması da əvvəlcədən məqsədli şəkildə olmuşdu.
– Niyə məhz İlkin Süleymanov seçilsin?
– Hələ itkinlik olan dövrə nəzər salaq. İtkinlik qatil üçün daha əlverişli idi. Qarşı tərəf də o qədər aqressiv olmayacaqdı, cəmiyyət də nisbətən susqun qala bilərdi ki, uşaqdı, bəlkə də kimsə aparıb. Amma uşaq meyitinin tapılması, üstəlik, yandırılmış vəziyyətdə, daha böyük səs-küyə səbəb ola bilərdi. Bu da əlbəttə ki, qatilə sərf eləyən məsələ deyildi. Onu öldürüb, haradasa basdıra da bilərdilər. Gətirib ortaya atıb yandırmaqda nə idi məqsəd? Vaxta da diqqət yetirin, axşam kənddə mal-heyvanın gələn vaxtı, camaat işdən qayıdır. Yəni insanların daha çox qaynayan vaxtında eləyiblər ki, bu görünsün. Bu görüntü kimə lazım idi?
– Məhkəmə boyu zərərçəkmiş tərəfin də davranışları, ifadələrindəki ziddiyyətlər zaman-zaman müzakirə olunur. Qarşı tərəfin bu məsələdə davranışı haqda nə düşünürsünüz?
– Qarşı tərəf sanki “verbovka” olunmuş, ələ alınmış vəziyyətdədir. Deyirlər ki, binə nə deyilibsə, biz də ona inanırıq. İlkinin yanğının videosunu çəkməsi məsələsi vardı. İlkin niyə çəkməsinə aydınlıq gətirəndən sonra zərərçəkmiş tərəfin əvvəllər bu barədə aqressiv yanaşması səngidi, daha o məsələni dilə gətirmirlər. Zərərçəkmiş tərəfi də çox qınamıram.
– Sənədlərin tədqiqi mərhələsidir artıq. Bu mərhələdə maraqlı nələrinsə üzə çıxması gözlənilirmi? Ola bilsin, işin içində olan şəxs kimi sizə məlumdur, amma cəmiyyətə məlum deyil. Belə məsələlərdən söhbət gedir.
– Gözləməyə dəyər. Maraqlı məsələlərdən biri liflərlə bağlıdır. Təzə alınan alt paltarından lif tapıldığı iddia olunur. Amma başqa məsələlər də var. Bu adam niyə deyə bilmir ki, uşağın qulağındakı sırğanı neylədim, əlində olan atasının kurtkasını neylədim? İstintaq İlkin Süleymanovdan hadisəyə doğru gəlib, hadisədən İlkin süleymanova doğru getməyib. Halbuki, əksinə olmalıydı. Ona görə indi anormal vəziyyət yaranıb.
– Deyirsiniz ki, İlkin Süleymanovun bu cinayətdə təqsirli olmasına dair heç bir mötəbər sübut yoxdur. Belə olan halda, məhkəmədən bəraət hökmü gözləyirsiz?
– Azərbaycanda bu məsələləri demək çox çətindir. Çünki hüquqi düşüncə, hüquq anlayışı çox aşağı səviyyədədir. Hüquqi yanaşma yerində deyil. Mən bir amerikalı hakimin dediklərini heç vaxt yadımdan çıxarmıram. Deyirdi ki, hətta təqsirləndirilən şəxsin əleyhinə sübut olduğunu görsəm, onu dilimə gətirib, onun haqqında ittiham hökmü çıxarmayacam. Buyursun, ittiham tərəfi onu mənə təqdim etsin, mən də onun haqqında ittiham hökmü çıxarım. Bir dəfə məhkəmədə dindirilib, İlkin Süleymanovun əleyhinə ifadə vermiş Rəvan İsmayılovun məhkəmədə təkrar dindirilməsini nə ittiham, nə də müdafiə tərəfi qaldırmayıb. Halbuki, maraqlı tərəflər bunlardır. Amma məhkəmə öz təşəbbüsüylə onu yenidən gətirir. Burada hakimin marağı nədir ki, digər kamera yoldaşları İlkinin xeyrinə ifadə verəndən sonra əlyehinə ifadə verəni təkrar Bakıdan cəzaçəkmə müəssisəsindən Gəncəyə gətirdir? Əslində, şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Qanun bunu deyir. Amma Azərbaycanda əksi olur.
– Belə çıxır ki, İlkin Süleymanovun təqsirsizliyinə əmin olsanız da…
– Mən əmin deyiləm, hüquq əmindir. Hüququn yanaşmasına görə, İlkin Süleymanov təqsirsizdir. İttiham tərəfin sübutları hüquqi baxımdan yerində deyil.
– Məhkəmənin ədalətli hökm verəcəyinə şübhəniz var?
– İnanmaq istəyirəm…
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO
-
Dünya26 Noyabr 23:36
Əsgərlərin "daha yaxşı görünməsi" üçün 1 milyard avro xərclənəcək
-
Sağlamlıq26 Noyabr 22:12
Görün qəhvə insan bağırsaqlarına hansı təsirləri göstərir
-
Sosial26 Noyabr 21:48
70 kq qızılla tutulan Qəhrəman Məmmədovun FOTOSU
-
Avropa26 Noyabr 21:36
Şaxta baba ona dil çıxaran 4 yaşlı uşağa ZƏRBƏ ENDİRDİ
-
İdman26 Noyabr 21:12
Ona restoranında hücum etdilər: həddindən artıq sərxoş idilər - FOTO