Hadisə
Nardaranda torpaq sahəsini kim və necə alıb? - QALMAQAL
2003-cü ildə prezident seckiləri öncəsi Prezident İlham Əliyevin göstərişi ilə Nardaran sakinlərinə verilən torpaq sahələri zəbt edilib.
Publika.az">Publika.az-ın redaksiyasına daxil olan məlumata görə, Nardaranda keçirilən görüşdə İlham Əliyevin tapşırığı ilə vətəndaşlara verilən 12 sot olan həyatyanı torpaq sahələri, həmçinin işsizliyin aradan qaldırılması ücün bəzi kənd sakinlərinə əkinçiliklə məşğul olmaq məqsədilə 50 sot torpaq sahəsi Zülfüqar Rüstəmov adlı şəxs tərəfindən hasara alınıb.
Bununla bağlı Nardaran sakinləri dövlət rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq, qanuni torpaq sahələri üzərindəki mülkiyyət hüquqlarının bərpasını tələb edirlər:
“Prezidentin göstərişindən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə nümayəndiliyi aztəminatlı ailələri siyahıya almış və 18 yanvar 2005-ci il tarixində bizə fərdi yaşayış evinin tikintisi ücün həyatyanı torpaq sahəsinin ayrılması haqqında Qərar verib. Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə nümayəndəsi hər bir kənd sakininə ayrılmış torpaq sahəsinin sərhədlərini göstərib və torpaq sahəsinin ayrılması barədə Qərarı sakinlərə yerində təqdim edib. Biz kənd sakinləri həmin sahəni necə illərdir birlikdə əkib-becərmişik. Son günlər özünü kənd əhalisinə Rüstəmov Zülfüqar Rüstəm oğlu kimi təqdim edən şəxs bizə ayrılmış torpaq sahəsini Sabunçu rayon Maştağa kənd bələdiyyəsi tərəfindən ona satıldığını bildirərək, ərazini hasara almağa cəhd etmişdir. Biz kənd sakinləri dərhal Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsinə ərizə ilə müraciət edərək, Rüstəmov Zülfüqar Rüstəm oğlunun bizə ayrılmış torpaq sahəsindən cıxarılmasını və qanunsuz tikinti işlərinin dayandırılmasını tələb etmişik. Lakin bu günədək Rüstəmov Zülfüqar Rüstəm oğlunun qanunsuz əməllərinin qarşısı alınmır".
Şikayətçilər bildiribllər ki, vəziyyət gərginləşməkdə davam edir:
"Rüstəmov Zülfüqar kənd əhalisini təhqir edir, hədələyir, torpağı pulla aldığını, hüquq mühafizə orqanlarının onun arxasında dayandığını bildirir”.
Sakinlərin kollektiv müraciətində deyilir ki, Z.Rüstəmov əlaqələrindən və maddi imkanlarından istifadə edərək onların qanuni torpaq sahələrini mənimsəməkdədir:
“Rüstəmov Zülfüqar Rüstəm oğlu və onun havadarları kənd əhalisi ilə hakimiyyət arasında narazılıq yaratmağa çalışır, hüquq-mühafizə orqanları haqsızlığın, qanuna zidd əməlin qarşısını almaq əvəzinə, qanunu pozana havadarlıq edirlər. Sabunçu rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanları Rüstəmov Zülfüqar Rüstəm oğlunun bu rayonun sakini belə olmadan ona qanunsuz yolla Maştağa kənd bələdiyyəsi tərəfindən torpaq sahəsinin satılmasını araşdırmaq əvəzinə, saxtakarı dəstəkləyir və bu, bizdə təəssüf hissi yaradır. Belə məmurlar öz tamahları naminə cirkin əməllərindən əl çəkmir, xalqın dövlətimizə inamına xələl gətirməyə çalışırlar. Nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə nümayəndiliyi tərəfindən kənd sakinlərinə ayrılmış torpaq sahiblərindən iki nəfərin övladı 44 günlük Vətən müharibəsi zamanı şəhid olub, iki nəfəri isə qazidir. Axı necə ola bilər ki, şəhid və qazi ailəsinə dövlət başçısının tapşırığı ilə ayrılan torpaqları saxta yollarla kənar şəxsə satılır?!”
Nardaran sakinləri torpaqlarının özlərinə qaytarılmasını və Z.Rüstəmovun əməllərinə hüquqi qiymətin verilməsini tələb edirlər.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ








.jpg)


























