Hadisə
Ağsu sakini polis zorakılığına məruz qalıb? - DİN
Ağsu şəhər sakini Gülxan Quliyevin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumata DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan münasibət bildirilib.
Nazirlikdən Publika.az-a bildirilib ki, iyulun 4-də Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları xidməti vəzifələrini icra edərkən həmin vaxt orada olan 25 yaşlı Gülxan Quliyev sərxoş vəziyyətdə, məsələnin ona aidiyyəti olmadığı halda ucadan nalayiq ifadələr işlədib. Bu da ətrafdakıların haqlı narazılığına səbəb olub:
"O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib.
Gülxan Quliyev şöbəyə dəvət edilib və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o, 200 manat cərimə edilib.
Buna baxmayaraq, spirtli içki alüdəçisi olan G.Quliyev öz qanunsuz əməllərini davam etdirib. Belə ki, 2021-ci ildə sərtləşdirilmiş karantin rejimi dövründə, şəhər ərazisindəki kafelərin birində gecə saat 03 radələrinə təşkil etdiyi əyləncə məclisində bir qadını təhqir etdiyinə görə saxlanılaraq barəsində protokol tərtib edilib.
Cari ilin aprel ayında G.Quliyev atasına məxsus xırdabuynuzlu heyvanları ondan xəbərsiz sataraq pulunu mənimsəyib və bundan sonra ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zəminində G.Quliyev atasına xəsarət yetirməyə cəhd edib, onun avtomobilinə zərər vurub və atasının şikayəti əsasında barəsində inzibati qaydada tədbir görülüb.
G.Quliyevin belə qanunazidd hərəkətlərini sadalamaqla bitən deyil. O, hər dəfə profilaktik söhbətlər aparılmasına və yaxud qanunun tələbləri izah olunmasına baxmayaraq, bundan nəticə çıxarmayıb.
G.Quliyevə polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır. Sifətindəki xəsarətlərə gəlincə isə deyə bilərəm ki, daim sərxoş vəziyyətdə olan G.Quliyev o xəsarətləri yıxılması və ya digər şəxslə dava etməsi nəticəsində də ala bilər".
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)




















.jpg)

.jpg)