Hadisə
Məşhur pediatr həmkarını ifşa etdi: "Tibbi sığortası olan xəstədən 500 manat aldı" - VİDEO
Klinikaların birində qarşılaşdığı xoşgəlməz hadisəni sosial mediada bölüşən tanınmış pediatr Aytən İsmayılzadə qeyd edib ki, həmkarı işdə olmadığı halda, o, və xəstə yaxını saatlarla gözləməyə məcbur olub.
Publika.az xəbər verir ki, yaxınını müayinəyə aparan pediatr hadisənin Bakı Sağlamlıq Mərkəzində yaşandığını deyib.
“Bu gün Bakı Sağlamlıq mərkəzində oldum. Həkim yanına xəstə aparmışdım. Həkimin qapısında bir saat gözlədikdən sonra məlum oldu ki, həkim burda yoxdur, başqa klinikadadır. Orda başqa xəstələr də vardı. Bir gün öncə mənim özümə həmin həkim “saat 4-də gəlin, baxacam” demişdi. Biz də xəstənin damarını yoxladığı - anjio elədiyi yerə getdik.
Bir saat gözlədikdən sonra reseptiona yaxınlaşdım və həkimə zəng çatmadığını, köməkçisi varsa, onun nömrəsini vermələrini istədim. Verilən nömrə ilə əlaqə saxladım və xanım (sonradan köməkçi deyil, radioloq olduğunu bildim) "otaqdayam, gəlin içəri" dedi. Mən də ona bildirdim ki, madam ki, bilirsiniz filankəs doktor burda deyil və bilirsiniz ki, burda göyərmiş ayaqlarını ovxalayan xəstələr kondisioner altında onu gözləyirlər niyə çıxıb məlumat vermirsiz. Deyir, “bunu demək sizin vəzifə borcunuz deyil”. Deyirəm ay xanım, ay doktor, mən də həkiməm. İnsanların vaxtına, haqqına belə girmək doğru deyil.
Nə isə. Bir daha şahid oldum ki, vətəndaşımıza hörmət yoxdur. Sonra həkimlərə hörmət istəməyin. Zatən normal davranan həkim hörmətini qazanır”.
A.İsmayılzadənin ikinci şikayəti isə tibbi sığortası olan xəstənin həkimə 500 manat ödəyib:
“İkinci məsələ isə apardığım xəstənin tibbi sığorta ilə göndərilsə də, 500 manat həkimə ödəniş etməsi məsələsidir. Xəstə kassaya köçürdüyü 3-4 manata qəbz alıb. Amma əli ilə verdiyi 500 manata yox.
Sabah həkimə də deyəcəm. Adını hələ açıqlamıram. Nəticə xoş olmasa, hara şikayət edəcəyimizə kömək edərsiz. Amma şikayətimiz nəticə verəcəksə”...
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)























