Hadisə
Gömrükdə əməliyyat: Saxlanılan var
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “Hovo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.
Publika.az komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.
Gömrük nəzarəti zamanı tətbiq edilən kinoloji xidmət iti avtomobilin kabinəsinə reaksiya verib və yük nəqliyyat vasitəsində əsaslı yoxlama aparılıb.
Nəticədə yük avtomobilinin kabinəsində olan idman çantasından 3 ədəd bükümdə, ümumi çəkisi 1,8 qram təşkil edən psixotrop maddə-metamfetamin, həmçinin kabinənin tavan hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdən 120 ml-lik plastik qabda, ümumi həcmi 80 ml təşkil edən narkotik vasitə-metadon aşkar edilib.
Sürücünün üzərində aparılan şəxsi yoxlama zamanı isə 1 ədəd bükümdə, ümumi çəkisi 0,4 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























